Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: “Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir”
Tarix: 18-12-2020 | Saat: 14:57
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

Azərbaycan Prezidenti: “Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir”

 

“İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.

Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq: “Bu, artıq tarixdir”.

Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunan Prezident İlham Əliyev deyib: “Missiya Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ay yarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək”. Apa



Xəbəri paylaş

348 dəfə oxunub.

Digər xəbərlər