Saytımızı qiymətləndirin


 
 

Sabahın hava PROQNOZU  - Yağış, çiskin
Tarix: 27-02-2019 | Saat: 14:25
Bölmə:Manşet / Gündəm / Sosial | çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-6 dərəcə isti təşkil edəcək.


Tibbi meteoroloji proqnoz - 
Fevralın 28-i Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 



Xəbəri paylaş

514 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70