Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: "Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib"
Tarix: 12-04-2018 | Saat: 00:54
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

prezident ilham eliyev azerbaycan xalqi sabitliye tehlukesizliye inkisafa ses verib
  
"Daha güclü Azərbaycan quracağıq"

Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.

 

"Qarabaginfo"un məlumatına görə, dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının yenidən ona böyük etimad göstərdiyini, sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib.

 

Bu etimada görə xalqa təşəkkür edən prezident İlham Əliyev bildirib ki, xalq-iqtidar birliyi Azərbaycanda inkişafın əsasında durur: "Ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsini işğaldan azad edib. Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı bütün torpaqlarımızda bayraqlarımız dalğalanacaq".

 

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrindən biridir : "Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir, Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!"



Xəbəri paylaş

568 dəfə oxunub.

Digər xəbərlər