Saytımızı qiymətləndirin


 
 

Rusiyalı deputat: "İlham Əliyev atası Heydər Əliyev kimi dahidir"
Tarix: 28-12-2020 | Saat: 15:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiyalı deputat: İlham Əliyev atası Heydər Əliyev kimi dahidir
Leonid Slutski

“Azərbaycan Prezidenti İlham Əliyev böyük atası, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin gördüyü işləri müvəffəqiyyətlə davam etdirir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Report.az-ın Rusiya bürosuna Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.

“İlham Əliyevin payına düşən ən ağır məsələnin məhz Qarabağ münaqişəsi olduğunu bilirik. O, müasir siyasətlə, ölkə iqtisadiyyatının dirçəlməsilə bağlı bir sıra çox çətin məsələnin öhdəsindən uğurla gələ bilib. İlham Əliyev sayəsində müasir Azərbaycan yanacaq sarıdan, enerji sarıdan müstəqil dövlətə, post-Sovet məkanının ən firavan ölkələrindən birinə çevrildi. İlham Əliyev həmçinin Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu və s. kimi bir sıra nüfuzlu tədbirlərin təşəbbüskarı və əlaqələndiricisidir”, - deyən rusiyalı deputat bütün bu fəaliyyətə Qarabağ probleminin kölgə saldığını qeyd edib: “30 ilə yaxındır davam edən bu vəziyyət görülən işlərə kölgə salırdı. İlham Əliyev bu qanlı münaqişəni xələflərinə də miras qoyub gedə bilməyəcəyini dərk edirdi. Bu məsələni həll etməli idi və daim də bu barədə danışırdı. Belə də oldu”.

“Qarabağ münaqişəsi həll olundu, bütün dünya azərbaycanlıları üçün, bütün dünyada Cənubi Qafqazda baş verənləri izləyən hər kəs üçün tarixi haqq-ədalət bərpa edildi. Bu, müdriklik nümunəsidir, mərdlik nümunəsidir, insanlara qayğı nümunəsidir. Məhz bu məramı Rusiya və Azərbaycan prezidentləri rəhbər tutublar. Qarabağ münaqişəsinin həllindən sonra İlham Əliyev SSRİ-nin də, Azərbaycanın da tarixinə adı qızıl hərflərlə həkk olunmuş atası Heydər Əliyevlə yanaşı, dahi hesab edilməlidir”, - deyə rusiyalı deputat fikrini tamamlayıb.



Xəbəri paylaş

351 dəfə oxunub.

Digər xəbərlər