Saytımızı qiymətləndirin


 
 

Komitə sədri: "Şəhid ailələri və Qarabağ əlillərinin mənzil və avtomobillərlə təminatına diqqət daha da artıb
Tarix: 25-12-2020 | Saat: 15:57
Bölmə:Karusel / Sosial | çapa göndər

“İndiyə qədər də Azərbaycanda şəhid ailələri, Qarabağ əlillərinin mənzil və avtomobillərlə təminatı həyata keçirilirdi. İkinci Qarabağ müharibəsindən sonra bu məsələyə diqqət daha da artıb”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, Birinci Qarabağ Müharibəsi iştirakçıları da yaddan çıxmamalıdır: “O insanlar döyüşən zaman nə silah, nə Ali Baş Komandan var idi. O insanlar taborlarla döyüşmüşdülər, onların arasında şəhid və əlil olanlar var. Gələcəkdə onların da müavinət və pensiyalarının artırılmasına diqqət yetirilməlidir ki

Millət vəkili Azər Badamov qeyd edib ki, hər il pensiya və müavinətlər artırılır və bu da sosial siyasətin uğurlu olmasının göstəricisidir.


Xəbəri paylaş

358 dəfə oxunub.

Digər xəbərlər