Saytımızı qiymətləndirin


 
 

Goranboyda polisə müqavimət göstərən şəxsə cinayət işi açılıb
Tarix: 23-11-2020 | Saat: 12:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Noyabrın 22-də saat 18 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Qarabaginfo.az-a Goranboy rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxmaqla xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanovun onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

292 dəfə oxunub.

Digər xəbərlər
14-07-2022, 07:02 Rusiyada vulkan püskürüb