Saytımızı qiymətləndirin


 
 

Sabiq nazir: “Paşinyanın siyasi oyunları ordumuzun belini qırdı”
Tarix: 23-11-2020 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın sabiq milli təhlükəsizlik naziri, prezidentin Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan Nikol Paşinyanı sərt tənqid edib.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, siyasətçi Paşinyanı Qarabağ döyüşləri zamanı satqınlıqda ittiham edib.

 

“Paşinyan hətta Sarkisyanın vaxtı ilə imzalamaq istəmədiyi həll varinatını belə əldə edə bilmədi. Son razılaşma hər kəsin tənqid etdiyi 1997-ci ilin həll varinatından da pisdir”.

 

Şahnazaryan müharibə dövründə Qarabağla bağlı danışıqların aktiv şəkildə davam etdiyi söyləyib.

“Oktybarın 2-si ya 3-ü Cəbrayılı itirdik və Moskvanın bu zaman hərbi əməliyyatları dayandırmaq üçün konkret təklif irəli sürdüyünü bilirdik. Baş verənləri qabaqlayaraq deyim ki, Moskvadan hərbi əməliyyatları dayandırmaq üçün Pa.inyana azı 4 təklif verilib. Düşmən daha çox irəlilədikcə, şərtlər də daha çox ağırlaşırdı. Amma nazirlik bütün bu dövr ərzində cəbhədə irəlilədiyimiz, əks-hücum etdiyimiz barədə cəmiyyətə xəbərlər verirdi. Mərkəzi komanda idarəetmə məntəqəsində hərbi deyil, siyasi qərarların verildiyi aydındır. Kobud desək, ordunu siyasətçilər idarə edirdi”.

 

David Şahnazaryan Nikol Paşinyanı Qarabağı satmaqda və ciddi hərbi-siyasi səhvlər buraxmaqda ittiham edib.

“Xatirinizdədirsə, Paşinyan oktyabrın 6-da əks-hücum hazırlandığını və böyük qələbənin astanasında olduğumuzu söylədi. Həmin çıxış Cəbrayıl istiqamətində əks-hücumu nəzərdə tuturdu. Bu Baş Qərargaha, generallara açıq siyasi təzyiq idi. Bəzi generallar inadla deyirdi ki, bu hücum qəbuledilməzdir. Yaranmış situasiyada müdafiənin birinci, ikinci, üçüncü və s. müdafiə xətləri yaradılmalı idi. Bu aydın idi. Ən əsası, biz səmada üstünlüyü tam itirdik. İsrail pilotsiz təyyarələri zirehli texnikamızı tam məhv edirdi. Tək mən deyil, mütəxəssislər də Paşinyanın bu siyasi oyunlarının ordumuzun belini qırdığını söyləyir”.



Xəbəri paylaş

317 dəfə oxunub.

Digər xəbərlər