Saytımızı qiymətləndirin


 
 

“Sədərək”, “Binə” və “mall”lar sentyabrın 13-də açılır?
Tarix: 07-09-2020 | Saat: 11:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı?

 

Deputat Azər Badamov bildirib ki, Operativ Qərargah gündəlik sanitar epidemioloji vəziyyəti təhlil edir və şəraitə uyğun qərarlar qəbul edilir.

 

Ölkədə koronavirus pandemiyası sabitləşdiyindən sentyabrın 8-dən tətbiq olunmuş karantin rejimində bir çox yumşalmalarla bağlı qərar qəbul olunub.

 

Vəziyyətin sabitləşməsi onu deməyə imkan verir ki, insanlarımız pandemiya dövrünün tələblərinə uyğun yaşamağa öyrəşir.

Əvvələr tibbi maskanın taxılmasına insanlar bir təhər baxırdısa, indi hamı üzərində tibb maska gəzdirir. Qapalı məkana daxil olan kimi hamı tibbi maskanı taxır. Onu da qeyd etmək lazımdır ki, nəzarət də güclənib.

 

Qaydaları pozanlar cərimə olunur, ictimai qınaq artıb. Düşünürəm növbəti mərhələdə yumşalmalar iri ticarət mərkəzlərini əhatə etməlidir. Çünki, uzun müddət qapalı olduğundan belə yerlərdə insanlar işsiz qalmış, sənaye malların satışı ilə məşğul olan minlərlə sahibkarın satışında yaz kolleksiyası geyim malları qalmışdır. İndi heç olmasa belə sahibkarlıq subyektlərinə şərait yaradılmalıdır ki, qış mövsümünə hazırlaşsınlar. Dünya praktikasında da iri ticarət mərkəzlərin fəaliyyətinə qoyulmuş qadağalar aradan qaldırılıb.

 

Pandemiyanın ömrü nə qədər uzanacağı heç kim bilmir. Ona görə də iqtisadiyyatın ölkə daxili bütün sahələrin fəaliyyəti bərpa olunmalı və dövrün tələblərini gözləməklə həyata davam olunmalıdır. Hərə öz işi ilə məşğul olmalıdır.

 

İnsanlar işləməli, nəzarətçilər pandemiya dövrün tələblərinə riayətinə nəzarəti gücləndirməli və həkimlər də müalicə ilə məşğul olmalıdır. Düşünürəm pandemiya dövründə həyata davamın formulu belə olmalıdır. Belə olarsa qısa bir zamanda ölkədə iqtisadi fəallıq bərpa olunar, insanlar pandemiyanın yaratdığı iqtisadi çətinliklədən tez bir zamanda qurtular. Ən düzgün qərarları və son sözünü Operativ Qərargah deyir".Sonxəbər



Xəbəri paylaş

406 dəfə oxunub.

Digər xəbərlər