Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? - DİN-dən açıqlama
Tarix: 27-06-2020 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
472 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-06-2020 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığı bildirilən şəxslə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qarabaginfo"ya açıqlamasında bildirib ki, vətəndaş Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır:
"Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki, gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?
Onun saxlanma səbəbinə gəlincə isə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlanılıb. O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib".
Xəbəri paylaş
Digər xəbərlər
19-01-2022, 19:03
Bakı metrosunda qatarda nasazlıq olub
23-01-2026, 11:24
“Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
12-01-2022, 11:30
Ötən gün 80 cinayətin üstü AÇILIB
11-10-2022, 21:28
Prezident İlham Əliyev: "Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolu layihəsi əmtəə dövriyyəsinin artmasına imkanlar yaradacaq"
25-09-2021, 14:39
Azərbaycan neftinin orta qiyməti bu həftə 77 dollardan yuxarı olub
2-12-2022, 12:56
Sabahın havası: yağış, qar...
10-01-2022, 19:49
Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi
















