Saytımızı qiymətləndirin


 
 

Ermənilər təşvişdə: “Laçını təhvil verməyin“
Tarix: 23-06-2022 | Saat: 17:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilər təşvişdə: “Laçını təhvil verməyin“

 


Ermənistanda bir neçə ictima-siyasi xadim Nikol Paşinyan hökumətinə Laçının Azərbaycana təhvil verilməməsi tələbi ilə bəyanat göndəriblər.

 “Artsaxın müdafiəsində” adlı təşəbbüsün üzvləri bəyanatda qeyd edirlər:

“Son vaxtlar Ermənistanı “Artsaxa” (Qarabağ – red.) birləşdirən yeganə etibarlı və zəmanətli nəqliyyat marşrutu olan Gorus-Berdzor (Laçın – red.)-Stepanakert (Xankəndi – red.) avtomobil yolundan keçən dəhliz məsələsi ictimai müstəvidə fəal müzakirə obyektinə çevrilib. Bizə onun “alternativi” olan başqa bir yoldan istifadə etmək imkanı təqdim olunur.

"Artsaxın müdafiəsində" təşəbbüsü Ermənistan və "Artsax"ın qarşılıqlı əlaqəsini təmin edən həmin dəhlizin hər hansı coğrafi və ya status dəyişikliyini qəbuledilməz hesab edir. Eləcə də bunu “Artsax” və Ermənistan arasında fiziki rabitənin pozulması təhlükəsi kimi qiymətləndirir və bu, "Artsax"da yaşayan erməni soydaşlarımızın məhv edilməsi anlamına gəlir.

Qeyd edək ki, Ermənistanın Baş nazirinin və Rusiya ilə Azərbaycan prezidentlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə Azərbaycan Respublikası Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yük maşınlarının təhlükəsizliyinə zəmanət verib. Hər hansı yeni marşrutun tikintisi yalnız tərəflərin razılığı ilə həyata keçirilə bilər və Ermənistan tərəfi üçün indiki “Gorus-Berdzor-Stepanakert” marşrutundan başqa bir marşrut heç bir halda məqbul sayıla bilməz”, – deyə bəyanatda qeyd olunub.

Yenisabah.az



Xəbəri paylaş

374 dəfə oxunub.

Digər xəbərlər
18-11-2022, 16:07 Sabah 21° isti olacaq