Saytımızı qiymətləndirin


 
 

Milli Məclisdə deputatların adlarını göstərən lövhələr söküldü
Tarix: 05-03-2020 | Saat: 17:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

V çağırış Milli Məclisin deputatlarının parlamentdəki xidməti otaqlarının qapısından ad və soyadlarını göstərən lövhələr qoparılıb.

"Qarabaginfo"un əldə etdiyi məlumata görə, namizədliyi irəli sürülməyən və seçki nəticələri etibarsız sayılan dairələrdən namizədliyini irəli sürən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.

Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib. "Report"



Xəbəri paylaş

411 dəfə oxunub.

Digər xəbərlər