Saytımızı qiymətləndirin


 
 

REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq - BƏYANAT
Tarix: 24-01-2019 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

REAL - Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.

"Qarabaginfo" “Report”a istinadən xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.

Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: “Buna baxmayaraq, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.

Xatırladaq ki, Milli Şura və bəzi siyasi partiyaların nümayəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələlik müraciətə cavab verməyib.



Xəbəri paylaş

548 dəfə oxunub.

Digər xəbərlər