Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub
Tarix: 22-09-2018 | Saat: 13:15
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Gequti kəndinin uşaq bağçasında 11 uşaq zəhərlənib.

"Qarabaginfo" “Report.az”a istinadən bildirir ki, uşaqlar Kutaisi Şəhər Xəstəxanasına yerləşdirilib. Onlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələ məlum deyil. Uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirir. 



Xəbəri paylaş

570 dəfə oxunub.

Digər xəbərlər