Saytımızı qiymətləndirin


 
 

Türkiyədə koronavirusun yeni mutasiyasının yayıldığı ehtimal olunur
Tarix: 26-08-2021 | Saat: 16:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Türkiyədə koronavirusun yeni mutasiyasının yayıldığı ehtimal olunur

Türkiyənin İzmir şəhərində koronavirusun yeni yarımnövü aşkarlanıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə İzmir Tibb Palatası və Klinik Mikrobiologiya Mütəxəssisləri Təşkilatının rəhbəri Lütfi Çamlı bildirib.

Lütfi Camlı İzmir başda olmaqla, Türkiyənin müxtəlif yerlərində koronavirusun alfa, beta, gamma və delta ştammları xaricində naməlum fərqli bir mutasiyası ilə qarşılaşdıqlarını bildirib.

O, naməlum mutasiyanın yüzdə 20 faizdən 40 faizədək artdığını deyib və Səhiyyə Nazirliyinin bununla bağlı əhalini məlumatlandırmasının vacibliyini vurğulayıb.

“Bu, yeni variantdır, yoxsa edilmiş testlərdə hansısa çatışmazlıqlardan ortaya çıxmış durumdur, dəqiq deyil. Ətraflı klinik məlumatlardan xəbərsizik. Bu məlumatlar Səhiyyə Nazirliyinin qeydiyyatında mövcuddur. Bunun yeni variant olub-olmadığı dəqiqləşəndən sonra bu istiqamətdə araşdırmalar aparılmalıdır”, - deyə L. Çamlı qeyd edib.

L. Çamlı yeni variant məsələsinə Ankarada Xalq Sağlamlığı Baş İdarəsinin laboratoriyasında aparılan genetik testlərlə aydınlıq gələ biləcəyinin söyləyib.

Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyi ölkədə delta ştammının üstünlük təşkil etdiyini bildirmişdi. Lakin PCR testlərində alfa, beta, qamma ştammlarını eyni zamanda daşıyan xəstələrə rast gəlinmədiyi qeyd olunub.



Xəbəri paylaş

280 dəfə oxunub.

Digər xəbərlər