Saytımızı qiymətləndirin


 
 

İsrail nümayəndə heyəti Gəncəyə səfər edib
Tarix: 12-08-2021 | Saat: 14:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

İsrail nümayəndə heyəti Gəncəyə səfər edib

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivakın başçılıq etdiyi yəhudi əsilli jurnalistlərdən ibarət nümayəndə heyəti Gəncədə olub.

Qarabaginfo.az-ın məlumatına görə, səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvəllərinin Gəncədə terror aktı törətdikləri ərazilərə baş çəkib, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.

Görüş zamanı Niyazi Bayramov Azərbaycanla İsrail arasında olan dostluq münasibətlərindən, habelə yəhudi əsilli azərbaycanlıların Qarabağ savaşlarında göstərdikləri şücaətdən bəhs edib. Şəhər rəhbəri onu da bildirib ki, Vətən müharibəsi günlərində Gəncə Ermənistan silahlı qüvəlləri tərəfindən dəfələrlə ağır artilleriya atəşinə məruz qalıb. Onların 2020-ci ilin oktyabr ayının 4, 5, 8, 11 və 17-si tarixlərində dinc sakinlərə qarşı törətdikləri terror aktları zamanı 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar hüquq normalarını və prinsiplərini açıq-aşkar pozduğunun sübutudur. O bildirib ki, tarixi Zəfərdən sonra bu cür səfərlərin təşkili Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmaq baxımından xüsusi önəm kəsb edir.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyətinin sədri Lev Spivak səmimi görüş üçün şəhər rəhbərinə öz təşəkkürünü bildirib. Artıq iki gündür ki, işğaldan azad olunan torpaqlara səfərlər etdiklərini bildirən Lev Spivak, bu müddət ərzində Ermənistanın törətdiyi cinayətlərin izlərinə şahid olduqlarını vurğulayıb. Müharibənin fəsdlarına cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşən şəhərlərdə rast gəlinməsi yalnız təəssüf hissi doğurur.

“Ən önəmlisi isə odur ki, bütün bu xaos və dəhşət dolu mənzərələr arasında ilk cücərtdiləri görmək gələcəklə bağlı ümidləri artırı. Yollar çəkilir, evlər tikilr, artıq elektrik stansiyası hazır vəziyyətə gətirilib. Həmin ərazilərdə dirçəliş dövrü başlayır. İnanırıq ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda müharibənin dəhşətli izlərini silməyi bacaracaq və gün gələcək, bir nəfər çıxıb “əslində heç nəyin baş vermədiyini” söyləyəcək. Bu səbəbdən də bugünkü gündə onların törətdiyi barbarlığı bacardığımız qədər daha çox insana çatdırmalıyıq. Bizim təşkilatın ən əsas məqsədi də məhz budur” - deyə Lev Spivak əlavə edib.

Qeyd edək ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Gəncədən sonra Ağdama səfər edəcəklər.



Xəbəri paylaş

293 dəfə oxunub.

Digər xəbərlər