Saytımızı qiymətləndirin


 
 

Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
Tarix: 26-02-2018 | Saat: 10:37
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

kaliforniyanin televiziya kanallarinda xocali soyqirimindan behs eden film numayis etdirilir

ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir.

 

"Qarabaginfo" xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan "Apa.az"a bildirilib ki, sənədli filmin nümayişi Baş Konsulluğunun təşəbbüsü və Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.
 
Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto və digər şəhərlərindəki yerli ictimai kanallarda fevral ayının 23-dən start verilib və nümayiş bir ay davam edəcək. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir. 
 
Filmdə Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır



Xəbəri paylaş

633 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70