Saytımızı qiymətləndirin


 
 

Azərbaycan güləşçisi Avropa çempionu olub
Tarix: 22-05-2021 | Saat: 21:31
Bölmə:Karusel / İdman | çapa göndər

 

#

Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev Avropa çempionu tituluna yiyələnib.

Qarabaginfo.az-ın saytının məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin qitə birinciliyində bu uğura imza atıb.

O, finalda Adem Burak Uzuna (Türkiyə) qalib gəlib. Təmsilçimiz 3:3 hesabı ilə bitən görüşdə sonuncu xal prinsipinə əsasən çempion elan edilib.

Nəticədə Avropa çempionatında yığmamızın qazandığı mükafatların sayı 8-ə çatıb. Əliyevədək sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) isə sabah 3-cü yer uğrunda yarışacaq. (APA)



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70