Saytımızı qiymətləndirin


 
 

Prezident Novoanı qəbul edib
Tarix: 01-05-2019 | Saat: 11:47
Bölmə:Manşet / Karusel | çapa göndər

Prezident Novoanı qəbul edib

 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoanı qəbul edib.

"Qarabaginfo" xəbər verir ki, dövlət başçısı Nin Novoanın ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib. Eyni zamanda, Prezident İlham Əliyev Rodolfo Nin Novoanın Azərbaycanda görüşləri zamanı iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı perspektivlərin müəyyənləşdiriləcəyinə əmin olduğunu deyib. 

Rodolfo Nin Novoa İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını deyib. Rodolfo Nin Novoa Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə edib.

Görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirdilib.

 

 



Xəbəri paylaş

532 dəfə oxunub.

Digər xəbərlər