Tarix: 30-12-2017 | Saat: 10:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanov son vaxtlar parlamentin komitə və plenar iclasında gözə dəymirdi. Nəhayət ki, deputat Milli Məclisin payız sessiyasının dekabrın 29-da keçirilən sonuncu iclasına qatıldı.
"Qarabaginfo" xəbər verir ki, "Modern.az"-ın əməkdaşı deputat Elxan Süleymanova yaxınlaşaraq, ondan əvvəlki iclaslarda nə səbəbdən iştirak etmədiyini öyrənib.
Deputat isə həmişə parlamentin iclaslarında iştirak etdiyini deyib.
“Mən hər zaman parlamentdə görünmüşəm. Həmişə də görünürəm. Bu da bəzi jurnalistlərin mənə qarşı düzgün mövqeyi deyil. Mən bu həftənin birinci günü Şamaxıda 1280 uşaq üçün Yeni il şənlikləri təşkil etdim. Daha sonra Qarabağ əlilləri ilə görüşüb, onlara bayram hədiyyələri verəcəm. Yanvarın 3-də isə Şamaxıdan olan bəzi tələbələrlə - ali məktəblərə qəbulda yüksək nəticələr göstərən gənclərlə görüşəcəm.
Mən deputat kimi işimi təkcə parlamentdə etmirəm. Seçicilərimlə də görüşlər təşkil edirəm. Onların problemlərini dinləyirəm və lazımi köməklik göstərməyə çalışıram. Deputatın işi təkcə parlamentdə fəaliyyət göstərmək deyil, xarici siyasətlə də məşğul olmaqdı, insanların problemlərini dinləməkdir. Hesab edirəm ki, bu vəzifənin öhdəsindən gələ bilirəm”.
77 yaşlı Elxan Süleymanov 2010 və 2015-ci illərdə Milli Məclisə deputat seçilib.
Digər xəbərlər