Ana Sayfa > Karusel / Cəmiyyət > Elxan Süleymanov nəhayət Milli Məclisdə gəldi, iclaslara qatılmamağından DANIŞDI
Elxan Süleymanov nəhayət Milli Məclisdə gəldi, iclaslara qatılmamağından DANIŞDI30-12-2017, 10:33. Yazar: Admin |
85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanov son vaxtlar parlamentin komitə və plenar iclasında gözə dəymirdi. Nəhayət ki, deputat Milli Məclisin payız sessiyasının dekabrın 29-da keçirilən sonuncu iclasına qatıldı. "Qarabaginfo" xəbər verir ki, "Modern.az"-ın əməkdaşı deputat Elxan Süleymanova yaxınlaşaraq, ondan əvvəlki iclaslarda nə səbəbdən iştirak etmədiyini öyrənib. Deputat isə həmişə parlamentin iclaslarında iştirak etdiyini deyib. “Mən hər zaman parlamentdə görünmüşəm. Həmişə də görünürəm. Bu da bəzi jurnalistlərin mənə qarşı düzgün mövqeyi deyil. Mən bu həftənin birinci günü Şamaxıda 1280 uşaq üçün Yeni il şənlikləri təşkil etdim. Daha sonra Qarabağ əlilləri ilə görüşüb, onlara bayram hədiyyələri verəcəm. Yanvarın 3-də isə Şamaxıdan olan bəzi tələbələrlə - ali məktəblərə qəbulda yüksək nəticələr göstərən gənclərlə görüşəcəm. 77 yaşlı Elxan Süleymanov 2010 və 2015-ci illərdə Milli Məclisə deputat seçilib.
Geri dön |