Tarix: 27-08-2025 | Saat: 12:39
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu gün Moskvada polislərə bıçaqla hücum edən xarici ölkə vətəndaşının məhkəməsi keçirilir.
Qarabaginfo.az xəbər verir ki, bu haqda “TASS” agentliyi Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, onun barəsində 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə cəzaları çıxarıla bilər, eləcə də ölüm hökmünə məhkum edilə bilər.
Verilən məlumata görə, saxlanılan şəxs bu gün Daxili İşlər Nazirliyinə məxsus avtomobillərə iki ədəd alışdırıcı qarışıq olan butulka atıb. Hadisə Şelyakov şossesindəki yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. Polis əməkdaşları onun hərəkətlərinin qarşısını almaq üçün hadisə yerinə gəldikdə, həmin şəxs onlara bıçaqla hücum edib.
Bildirilir ki, hüquq-mühafizə orqanı əməkdaşlarının həyatına qəsd faktı üzrə cinayət işi başlanıb. Hücum edən şəxs zərərsizləşdirilərək saxlanılıb.
Digər xəbərlər