Saytımızı qiymətləndirin


 
 

Fuat Oktay: Bu gün istər ABŞ, istərsə də Qərb dövlətlərində "X panikası" mövcuddur
Tarix: 07-12-2024 | Saat: 18:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

TBMM nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib | TURAN

"Sosial media platformalarında dezinformasiya ilə mübarizə parlamentlərinin işlənib hazırlanması təxirəsalınmaz tədbirə çevrilib. Bu gün istər ABŞ, istərsə də Qərb dövlətlərində "X panikası" mövcuddur".

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay ADA Universitetində təşkil olunan "İctimai Diplomatiyada Parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı Beynəlxalq Dəyirmi Masa Müzakirəsi zamanı çıxışında deyib.

F. Oktayın fikrincə, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı Fransa Parlamentində Azərbaycanın guya Ermənistan torpaqlarını işğal etdiyi ilə bağlı qətnamə məhz dezinformasiya nümunəsi idi:

"Biz bu kimi faktorların səbəb olduğu dezinformasiya ilə mübarizə aparmalıyıq. Bunu edə bilməsək gələcəkdə bizi gözləyən təhlükədən yaxa qurtara bilməyəcəyik. Bizim istər mətbuat, istərsə beynəlxalq səviyyədə güclərimizi birləşdirməyimizə ehtiyac var. Türk Dövlətlər Təşkilatı bu baxımdan örnək bir beynəlxalq platformadır. Biz Xarici Əlaqələr Komitəsi çərçivəsində getdiyimiz bütün ölkələrdə həm Qarabağ mövzusunu, həm də Azərbaycanla Ermənistan arasında sülh gündəliyi məsələsini qaldırırıq. Təcrübədə gördük ki, digər dövlətlərin bu məsələdəki vasitəçiliyi heç nəyə gətirib çıxarmadı. Nəticə o oldu ki, hazırda iki ölkə sülh gündəliyini müzakirə edir. Biz beynəlxalq təşkilatlar səviyyəsində erməni yalanlarının ifşasına davam edirik. Biz bunu ona görə edirik ki, bir ananın iki övladıyıq".



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər