Saytımızı qiymətləndirin


 
 

Xakerlər ilk dəfə SWIFT sistemi üzərindən Rusiya bankından pul oğurlayıb
Tarix: 19-12-2017 | Saat: 18:33
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Oğurluğun Cobalt qrupu tərəfindən həyata keçirildiyi istisna edilmir

"Qarabaginfo" "Reporta.az"-a istinadən xəbər verir ki, Xakerlər Rusiya bankına hücum edərək ilk dəfə SWIFT beynəlxalq hesablaşmalar sistemi vasitəsilə pul oğurlayaraq xaricə ötürə biliblər. "Kommersant" qəzetinin məlumatına görə "Group-IB" kiberhücumların araşdırılması və qarşısının alınması üzrə şirkətin verdiyi məlumata görə, hücum "Cobalt" adlı cinayətkar qrup tərəfindən həyata keçirilib.

Qrupun hücumda zərərli proqramdan istifadə etdiyi, bu nproqramın bir neçə həftə öncə maliyyə təşkilatlarına göndərdikləri məlum olub. "Group-IB"-yə görə, "Cobalt" qrupunun hesabında dünyada 50-dən çox uğurlu kiberhücum var. Rusiyada artıq bu şirkətin 10-dan çox hücumu qeydə alınıb və hamısı da böyük miqdarda vəsait oğurlanması ilə nəticələnib.

SWIFT şirkəti hədisəni şərh etməkdən imtina edir, kibertəhlükəsizliyə ciddi yanaşdıqlarını bildirib. Rusiya Mərkəzi Bankı İnformasiyaların təhlükəsizliyi Baş İdarəsinin müdir müavini Artyom Sıçyov qeyd edib ki, SWIFT sisteminin seçilməsinə səbəb xakerlərin vəsaitləri xaricə ötürmək fikri olub.



Xəbəri paylaş

645 dəfə oxunub.

Digər xəbərlər
17-02-2020, 09:59 MSK bu gün də toplanır