Saytımızı qiymətləndirin


 
 

“Rusiyanın Avropa Şurasına qayıtması mümkün deyil”
Tarix: 08-07-2024 | Saat: 08:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiyanın Avropa Şurasına qayıtması mümkün deyil.

Qarabaginfo.az bildirir ki, bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində Rusiya XİN insan hüquqları üzrə çoxtərəfli əməkdaşlıq departamentinin direktoru, insan haqları, demokratiya və qanunun aliliyi üzrə müvəkkil  Qriqori Lukyantsev bildirib.

Lukyantsev qayıdışın mümkünlüyü ilə bağlı suala cavabında deyib ki, bu hüquqi baxımdan mümkün deyil: “Bu, tamamilə hipotetik bir vəziyyətdir, çünki hüquqi baxımdan mümkün deyil. Oraya qayıtmaq fikri yaranmır, çünki bu, mümkün deyil”.

Diplomatın sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasına üzv olmayınca Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasında olmaq mümkün deyil.

O qeyd edib ki, Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı şərait təşkilat tərəfindən çoxsaylı, o cümlədən prosessual pozuntularla müşayiət olunub.

Rusiya 2022-ci ilin martında Avropa Şurasını tərk edib.



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər