Saytımızı qiymətləndirin


 
 

Ukrayna ərazisində olan Rusiya əsgərlərinin sayı açıqlandı
Tarix: 02-04-2024 | Saat: 09:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

“Hazırda Ukrayna ərazisində 474 min rus hərbçisi var. İlin əvvəlindən bu rəqəm xeyli artıb”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Ukrayna Müdafiə Naziriyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski  Apostrof TV-yə müsahibəsində bildirib.

“Hazırda ərazilərimizdə düşmənin quru qoşunlarına aid 474 minə yaxın hərbi qulluqçu var. 2024-cü ilin əvvəlinə qədər bu rəqəm 450-460 min nəfər arasında dəyişirdi. Alaylar və əlavə bölmələrin gətirilməsi hesabına artırm var” – deyə Vadim Skibitski bildirib.

Onun sözlərinə görə, Rusiya yeni piyada birləşmələri üçün təlim vaxtını xeyli azaldıb və peşəkar hərbi kadrların buraxılışını sürətləndirir. “Bir piyada “sıfırdan” cəmi 27 gün ərzində hazırlanır. Bu müddət ərzində o, fərdi hazırlıq, bölmənin tərkibində təlim və döyüş koordinasiyası keçir”.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hazırda düşmənin itkilərinin böyük hissəsi iyadaların payına düşür.

Bundan əlavə, rusların piyada qoşunlarında istifadə etdiyi texnikanın 80%-i bərpa olunmuş və ya modernləşdirilmiş texnikadır. Yalnız 20%-i yeni tanklar, piyadaların döyüş maşınları, zirehli personal daşıyıcıları, artilleriya sistemləri var.



Xəbəri paylaş

132 dəfə oxunub.

Digər xəbərlər