Tarix: 28-02-2024 | Saat: 10:47
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə dünyanın 400-dən çox hidroloq və aqronomunun apardığı tədqiqatlar zamanı gəldikləri nəticəyə görə, su probleminin həlli ərzaq probleminin həlli qədər asan olmayacaq. Azərbaycan da bu cəhətdən istisna deyil.
Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir. Respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir. Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır”.
“Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil”,- deyə komitə sədri bildirib.
Digər xəbərlər