Saytımızı qiymətləndirin


 
 

"Tezliklə qazanacağam" - Saakaşvili
Tarix: 02-02-2024 | Saat: 15:36
Bölmə:Karusel / Region | çapa göndər

"Tezliklə qazanacağam" - Saakaşvili

"Bu seçkilərdə mən oliqarxları Gürcüstanın pəncəsindən atacağam, ona görə buradayam, ona görə də imtiyazlardan, rahatlıqlardan imtina etdim, həyatımı təhlükəyə atdım və bundan sonra da gürcü xalqını xilas etmək üçün səyimi əsirgəməyəcəyəm".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri eks prezident Mixeil Saakaşvili sosial media hesabında qeyd edib.

Onun sözlərinə görə, İvanişvili və komandası reallıqdan tamamilə ayrılıb:

“Postları dəyişməklə xalqımızı bir daha məsxərəyə qoyurlar. İvanişvili və komandası reallıqdan tamamilə uzaqlaşıb. Bu gün vətəndaşlarımız öz ölkələrində yaşamaq üçün iqtisadi imkanları çətinləşib. Artıq neçə illərdir ki, İvanişvilinin sərvətinin ikiqat artdığı vaxtlarda insanların həyatı yaxşılaşmır. Hakimlər, prokurorlar, deputatlar, nazirlər İvanişvilidən hər ay zərfdə “maaş” alırlar və buna görə də insanlar ayaq üstə asılır. Nepotizm və korrupsiya ölkəni bürüyüb.

Mübarizə asan olmayacaq, ancaq biz yalnız qələbəyə hazırlaşmalıyıq. Tezliklə mən nəhayət ki, bu döyüşdə öz yerimi qazanacağam”, - deyə Mixeil Saakaşvili qeyd edib.(News24.az)



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər