Tarix: 24-01-2024 | Saat: 17:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
Allah rəhmət eləsi̇n
“Sehrli xalat” filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov vəfat edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin keçmiş işçisi Yusif Şeyxov bildirib.
Onun sözlərinə görə, ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.
Sovet dövrü uşaqlarının pərəstiş etdiyi aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Aktyor hələ 1957-ci ildə, 7 yaşında ikən "Bir məhəllədən iki nəfər" filmində debüt etmişdi. Sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Lakin ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.
Allah rəhmət eləsin.
Digər xəbərlər