Saytımızı qiymətləndirin


 
 

Rusiya: “Artsax liderləri”nin həbsi Ermənistanın məsələsidir!
Tarix: 04-10-2023 | Saat: 15:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya: “Artsax liderləri”nin həbsi Ermənistanın məsələsidir!

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qondarma “Dağlıq Qarabağ respublikası”nın keçmiş “liderləri”nin Azərbaycan tərəfindən həbsinə münasibət bildirib.

Qarabaqinfo.az ın məlumatına görə, bu gün keçirilən brifinqdə Zaxarova “Moskvanın onları azad etmək üçün nəsə edirmi” sualına belə cavab verib:

“Dediyiniz şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan biri Rusiya vətəndaşlığından (Ruben Vardanyanı nəzərdə tutur – red.) imtina edib.

Bizə rəsmi və ya qeyri-rəsmi müraciətlər olmayıb. Bu mövzuda suallar Ermənistan Xarici İşlər Nazirliyinə ünvanlanmalıdır”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları son bir neçə gündə qondarma “Dağlıq Qarabağ respublikası”nın keçmiş “liderləri” Ruben Vardanyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan, Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanı həbs edib.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər
5-01-2022, 13:34 Sabahın hava proqnozu