“Polşanın Rusiyadakı səfirliyinin hesabları cavab tədbiri olaraq bloklanıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə, Rusiya səfirliyinin və ölkənin Polşadakı ticarət nümayəndəliyinin hesabları hələ 2022-ci ilin fevralında Varşava prokurorluğu tərəfindən bloklanıb.
“Polşa hakimiyyətinin bu cür hərəkətləri həm sivil dövlətlər arasında ünsiyyətin ənənəvi prinsiplərinə, həm də bütün hüquq normalara, o cümlədən 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir”, – XİN rəsmisi bildirib.