Saytımızı qiymətləndirin


 
 

Ermənistanda Qarabağ erməniləri sıxışdırılır
Tarix: 27-02-2019 | Saat: 17:28
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Dmitri Solovyev Paşinyan və onun komandasını tənqid edib.

 

"Qarabaginfo" "Modern.az"a istinadən xəbər verir ki, “Vestiradio”da aparıcılıq edən Solovyev erməni mənşəli qonağı, Dumanın keçmiş deputatı Semyon Baqdasarovla söhbəti zamanı Qarabağ ermənilərinin rəsmi Yerevan tərəfindən sıxışdırıldığını deyib.

 

“Qarabağ ermənisi olan dostum Seyran Ermənistana 1 milyard dollar yatırmaq istəyirdi. Amma Qarabağ ermənisi olduğu üçün onu buna qoymayıblar. İnana bilmirəm ki, yeni baş nazir bu işləri bilə-bilə etsin”.

 

Semyon Baqdasarov isə Paşinyanı və onun komandasını “Sorosun əclafları” adlıandırıb.

“Bəli, antiQarabağ tendensiyası var. Paşinyana və onun Soros əclaflarına demək istəyirəm ki, Qarabağ erməniləri Sovet İttifaqı uğrunda da döyüşüblər”.

 

 

 



Xəbəri paylaş

610 dəfə oxunub.

Digər xəbərlər