“Paşinyan hakimiyyəti Türkiyənin beşinci kolonu funksiyasını yerinə yetirir”.
Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib:
“Erməni soyqırımı” haqda danışılmır, Şuşa və Hadrutun işğalı ilə bağlı heç nə deyilmir, hökumətin toplantısında Türkiyədən müsbət siqnallar aldığını vurğulayır. Bütün bunlar Paşinyan hakimiyyətinin Türkiyənin 5-ci kolonunun funksiyasını yerinə yetirdiyini göstərir” – Şarmazanov vurğulayıb.
“100 il əvvəl baş verənlər təkrarlanır. Bu hökumət Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini Azərbaycan ərazisi kimi tanıyır. Şuşa və Hadrutun işğal haqda heçnə demirlərsə (əslində isə bu torpaqlar Azərbaycana məxsus olub və Ermənistan tərəfindən işğal edilib), o zaman bu ərazilərin də Azərbaycana məxsus olduğunu təsdiqləyirlər. Bütün bunlara isə Türkiyə Prezidentinin reaksiyası gəlir və Ərdoğan deyir: “Ermənistan hökumətinə uğurlar arzulayırıq və konstruktiv olacaqlarına ümid edirik” – Şarmazanov bildirir.
“Türkiyənin nöqteyi-nəzərindən yanaşdıqda Ermənistanın konstruktivliyi “soyqırım”dan imtina və onun beynəlxalq səviyyədə tanınmasının rədd edilməsi, Ermənistan-Türkiyə sərhədinin, Moskva və Qars müqavilələrinin tanınması, Qarabağ məsələsində rəsmi İrəvan üçün hər hansı bir əlverişli qərardan imtina olunması nəzərdə tutulur” – Eduard şarmazanov fikirlərini tamamlayıb.
(Konkret.az)