Ana Sayfa > Karusel / Region > “Paşinyan hakimiyyəti Türkiyənin beşinci kolonu funksiyasını yerinə yetirir” – Şarmazanov

“Paşinyan hakimiyyəti Türkiyənin beşinci kolonu funksiyasını yerinə yetirir” – Şarmazanov


30-08-2021, 22:57. Yazar: Admin

 

facebook sharing buttontwitter sharing button“Paşinyan hakimiyyəti Türkiyənin beşinci kolonu funksiyasını yerinə yetirir” – Şarmazanovvk sharing buttonwhatsapp sharing button
email sharing button

“Paşinyan hakimiyyəti Türkiyənin beşinci kolonu funksiyasını yerinə yetirir”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib:

“Erməni soyqırımı” haqda danışılmır, Şuşa və Hadrutun işğalı ilə bağlı heç nə deyilmir, hökumətin toplantısında Türkiyədən müsbət siqnallar aldığını vurğulayır. Bütün bunlar Paşinyan hakimiyyətinin Türkiyənin 5-ci kolonunun funksiyasını yerinə yetirdiyini göstərir” – Şarmazanov vurğulayıb.

“100 il əvvəl baş verənlər təkrarlanır. Bu hökumət Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini Azərbaycan ərazisi kimi tanıyır. Şuşa və Hadrutun işğal haqda heçnə demirlərsə (əslində isə bu torpaqlar Azərbaycana məxsus olub və Ermənistan tərəfindən işğal edilib), o zaman bu ərazilərin də Azərbaycana məxsus olduğunu təsdiqləyirlər. Bütün bunlara isə Türkiyə Prezidentinin reaksiyası gəlir və Ərdoğan deyir: “Ermənistan hökumətinə uğurlar arzulayırıq və konstruktiv olacaqlarına ümid edirik” – Şarmazanov bildirir.

“Türkiyənin nöqteyi-nəzərindən yanaşdıqda Ermənistanın konstruktivliyi “soyqırım”dan imtina və onun beynəlxalq səviyyədə tanınmasının rədd edilməsi, Ermənistan-Türkiyə sərhədinin, Moskva və Qars müqavilələrinin tanınması, Qarabağ məsələsində rəsmi İrəvan üçün hər hansı bir əlverişli qərardan imtina olunması nəzərdə tutulur” – Eduard şarmazanov fikirlərini tamamlayıb.

 

(Konkret.az)


Geri dön