Saytımızı qiymətləndirin


 
 

Sentyabrın 1-dən toyda iştirak edən bütün şəxslərdən COVİD pasportu tələb olunacaq
Tarix: 28-08-2021 | Saat: 13:20
Bölmə:Karusel / Sosial | çapa göndər

Sentyabrın 1-dən toyda iştirak edən bütün şəxslərdən COVİD pasportu tələb olunacaq

Şənlik mərasimləri ilə bağlı qaydalara dəyişiklik edilib.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına verilən izahda qeyd edilib.

Bildirilib ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.

Yəni, 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq ediləcək.

Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.



Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər