Saytımızı qiymətləndirin


 
 

Keçmiş komitə sədri və nazir müavini generalın əleyhinə İFADƏ VERİB - MƏHKƏMƏ
Tarix: 16-07-2021 | Saat: 14:10
Bölmə:Karusel / Multimedia | çapa göndər

Bakı Hərbi Məhkəməsində həbsdə olan sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Qarabaginfo.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilirb


Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət veriblər. Vəkillər cinayət işində kobud qanun pozuntularına yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini və işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyiblər.


Onlar cinayət işi üzrə şahid qismində dindirilən Diaspora üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması üçün vəsatət qaldırıblar.


Vəkillər qeyd ediblər ki, həmin şəxslər olay baş verən zaman ifadələrində hadisənin kim tərəfindən törədildiyini bilmədiklərini desələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun öldürdüyünü deyiblər:


"Bu səbəbdən onların ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyirik".


Rövşən Əkbərovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə də vəsatət veriblər.


Daha sonra zərərçəkmiş şəxsin (qətlə yetirilmiş Elçin Əliyevin) hüquqi varisinin nümayəndəsi, vəkil Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.


Prosesdə hakimlər müşavirəyə yollanıb.


Müşavirədən sonra məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməyib, zərərçəkmiş şəxsin verdiyi mülki iddia isə məhkəmə icraatına qəbul edilib.


Məhkəmə baxışı iyulun 30-na təyin edilib.


Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaqla müəyyən edilidb ki, onun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr var.

 

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

General Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə 2021-ci ilin fevralında ordu sıralarından ehtiyata buraxılıb.


R.Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona Prezidentin (mərhum Heydər Əliyev) 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə verilib.

R.Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.


Ancaq İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.


Məhkəmə R.Əkbərovu azadlıqdan məhrum etməklə yanaşı, onun həm Milli Qəhrəman adını, həm də general rütbəsini geri ala bilər. (Modern.az)



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər