“Rüstəm Muradov xəritələri istəyib – Paşinyan isə onları 7 ay altında gizlədib”?..
Tarix: 15-06-2021 | Saat: 11:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1382 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-06-2021 | Saat: 11:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya tərəfi Paşinyanın mina xəritələrini Baş nazir Lavrova təhvil verdiyini söylədiyini deyir...”
“Erməni tərəfi Rusiya tərəfinə əllərində minalanmış ərazilərin xəritəsinin olmadığını bildirib”.
Qarabaginfo.az xəbər verir ki, erməni polkovnik Boris Avakyan bunu "Hraparak" qəzetinə verdiyi müsahibəsində Azərbaycanın 15 əsir müqabilində Ermənistandan Ağdam rayonunun mina xəritələrini almasına münasibət bildirərkən söyləyib.
B.Avakyanın sözlərinə görə, guya Rusiya tərəfi Ermənistanın Bakıda saxlanılan bütün diversant hərbçilərini həmin mina formulyarları hesabına gətirməyi planlaşdırıb, ancaq Ermənistan tərəfi belə xəritələrin olmadığını bildirib.
“Mina tarlaları xəritələrinin tarixi Muradov tərəfindən Rusiya Müdafiə Nazirliyi adından bütün hərbi əsirləri bu xəritələrə dəyişdirmək üçün qaldırılan bir məsələ ilə bağlıdır. Ermənistan Müdafiə Nazirliyi Muradova belə bir xəritələrin olmadığını bildirib. Sonradan məlum olur ki, həmin xəritələr Paşinyan tərəfindən gizli şəkildə götürülərək saxlanılıb”- müsahibəsinin davamında bunları əlavə edən B.Avakyan guya Rusiya “FSB”-nin də Ermənistan təhlükəsizlik xidmətindən xəritələri istədiyini vurğulayıb.
“Çünki mən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin mərkəzi ofisi ilə əlaqə saxladım və mina xəritələri ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidməti ilə əlaqə yaradıb-yaratmadıqlarını soruşdum. FTX-dən müsbət cavab verdilər. Ermənistan MTX-yə müraciət ediblər, amma onlarda bu cür xəritələrin olmadığı barədə cavab alıblar... İndi məlum olur ki, Nikol Paşinyan gizli şəkildə mina xəritələrini yığaraq altına qoyub 7 ay saxlayıb. Və 7 aydan sonra xəritələri çıxarıb və kiçik əsir qruplarıyla mübadilə etməyə başlayıb. Təxminən 100 milyon dollara başa gələn bu xəritələr seçki kampaniyası dövründə 15 nəfərlik bir qrupla dəyişdirilir. Əslində onun üzündən bu insanlar 7 ay əsirlikdə qalıblar. Rusiya tərəfi də məəttəl qalır; deyirlər, Paşinyan mina xəritələrini Baş nazir Lavrova təhvil verdiyini söyləyir. Lavrov hansı ölkənin Baş naziridir...”- deyə erməni polkovnik açıqlamasının sonunda sual edib. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
7-10-2022, 22:29
Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
30-04-2022, 13:27
Əfsanəvi tennisçi həbs olundu
16-10-2023, 15:53
Hakan Fidan Sergey Lavrovla müzakirə apardı
21-10-2022, 13:33
Rusiyanın Avropaya vurduğu ziyan və Azərbaycana verdiyi FAYDA: “Növbəti beş ildə qazın qiyməti düşməyəcək”
13-03-2022, 09:28
Rusiya ordusu hər gün ağır itkilər verir, amma hələ də ölüm saçmaqdadır
18-04-2020, 20:22
Plastmas şprislər üçün aşağı idxal gömrük rüsumu müəyyənləşib
5-10-2024, 22:26
Makrondan çağırış: İsrailə silah tədarükünü...
23-12-2024, 14:29
Mərdəkanda təcili yardım maşını dəhşətli qəza törətdi

















