Saytımızı qiymətləndirin


 
 

“Azərxalça” rebrendinq edəcək
Tarix: 01-06-2021 | Saat: 19:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

“Azərxalça” rebrendinq edəcək

“Azərxalça" ASC rebrendinq etməyi planlaşdırır. Bu çərçivədə şirkətin loqosuna dəyişiklik ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva məlumat verib.

"Bundan başqa, səhmdar cəmiyyətinin emalatxanalarının yazılış formasında, rənglərində, işçilərin geyimlərində, bütün korporativ məhsullarda dəyişikliklər olacaq”, - deyə o, qeyd edib.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnamə və strukturu təsdiq edilib. Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.



Xəbəri paylaş

1308 dəfə oxunub.

Digər xəbərlər