Azərbaycan Silahlı Qüvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı hələ ki 2895 nəfərdi. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 8 may 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən, əlavə olaraq 19 hərbi qulluqçumuz da itkin düşmüş sayılır...
Şəhidlərimizin arasında ata olmağa hazırlaşanları var idi. Onlar ata olmaq hissini yaşaya bilməsələr də, övladlarına yaşaya biləcəkləri, işğaldan azad olunmuş Vətən əmanət edib dünyadan köçdülər.
Qarabaginfo.az xəbər verir ki, modern.az şəhid hərbiçilərimizin özlərindən sonra doğulan körpələri ilə bağlı statistikanı dəqiqləşdirməyə çalışıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyin sədri Sevinc Orucova saytımıza bildirib ki, şəhid olan hərbçilərimizin sonradan dünyaya gəlmiş övladlarının sayı 87-dir.
O, körpələr bizim gələcəyimiz, igidlərimizin vətənə yadigarlarıdır.