Tarix: 02-02-2018 | Saat: 18:06
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərinin avtobusla vurulması anının videogörüntülərini yayan "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənovun kassasiya şikayətinə baxılıb.
"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən verdiyi xəbərə görə, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə E.Həsənova 1 il güzəşt edilib. Onun cəzası 3 ilə endirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bu iş üzrə digər təqsirləndirilənlər - avtobus sürücüsü Vəli Əhmədov və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamova 3 il cəza verilsə də, onların cəzanı məntəqə tipli müəssisədə çəkməsinə qərar verildiyi üçün azadlıqda qalıblar.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanova isə şərti cəza verilib. Beləliklə,o da həbsə göndərilməyib.
Digər xəbərlər