Xocalıda göyərti, tərəvəz yetişdirib Xankəndində keyflə satır...-FOTOLAR
Tarix: 15-04-2021 | Saat: 23:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1467 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-04-2021 | Saat: 23:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Belə faktları Azərbaycanı “ermənilərin haqlarını tapdamaq”da suçlayan bəzi beynəlxalq qurumların qarşısına qoymaq gərəkdir...
Bu erməni Azərbaycan torpağının məhsullarıyla hər alver günündə orta hesabla 10-15 min dram(təxm. 32-47 AZN) qazanır...
Azərbaycan Respublikasının 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən əhalisi amansız soyqırımına məruz qalaraq işğal edilmiş Xocalı şəhərində qanunsuz məskunlaşmış Manvel Avanesyan 2016-cı ildən bəri burada rahatca istixana təsərrüfatı ilə məşğul olur.
Qarabaginfo.az xəbər verir ki, M.Avanesyan bu haqda Xankəndindəki separatçı erməni nəşrlərinə danışıb.
Onun sözlərinə görə, istixanasının sahəsi 340 kvadratmetrdir.
“Müxtəlif növ göyərti, o cümlədən pomidor və bibər yetişdirirəm. İstixananı qızdırıcılarla qızdırıram. Çünki ərazi o qədər də böyük deyil, buna görə bitkilər üçün kifayət qədər istilik verə bilirəm. Damlayıcı suvarma sistemim də var. İlin istənilən vaxtında malımızı satırıq. Hər il may ayında xiyar, iyun ayından isə pomidor satmağa başlayırıq. " – deyir Avanesyan. Qazancından danışan erməni dığası mövsümə görə məhsulların qiymətlərinin dəyişdiyini, amma gündə orta hesabla 10-15 min dram(təxm. 32-47 manat) qazandığını bildirib.

M.Avanesyan Azərbaycan torpağında yetişdirdiyi məhsullarını əsasən Xankəndi bazarında və ya “dirçəliş meydanı” (“Koltsevoy”) deyilən ərazidə satır.
P.S. Belə faktları Azərbaycanı “ermənilərin haqlarını tapdamaq”da suçlayan bəzi beynəlxalq qurumların qarşısına qoymaq gərəkdir...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
7-12-2023, 12:29
Zəlzələ 50 saniyə davam edib
6-03-2024, 14:51
Peskov: Rusiyaya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması üçün müraciət olunmayıb
29-07-2021, 17:25
Vətən müharibəsinin iştirakçısı FHN-də yeni vəzifəyə təyin edilib
16-10-2024, 10:50
ABŞ İsraildən fərqli olaraq, Ukraynaya ballistik raketlərdən müdafiə sistemi yerləşdirməyəcək
26-06-2020, 13:25
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama
5-04-2024, 15:18
Ersin Tatar İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
1-12-2025, 14:07
Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
17-01-2022, 16:23
“Şuşa İli” ilə bağlı Tədbirlər Planı HAZIRLANACAQ

















