Saytımızı qiymətləndirin


 
 

Rusiya MN-dən Qarabağ AÇIQLAMASI
Tarix: 04-04-2021 | Saat: 23:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 4-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

 

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada deyilir.

 

Məlumata görə, Rusiya sülhməramlı kontingenti bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: “Dördü Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca və biri əks istiqamətdə”.

 

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

 

“Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 10 hektar ərazi, 3 km yol təmizləndi, 17 partlayıcı maddə tapıldı. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1900 hektar ərazi, 583 km yol, 1658 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 404 partlayıcı maddə zərərsizləşdirilib”.

 

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. (Modern.az)



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər