Tarix: 18-03-2021 | Saat: 23:27
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.
Qarabaginfo.az xəbər verir ki, milli komandamıza növbəti vəsiqəni sərbəst güləşçi İslam Bazarqanov qazandırıb.
O, Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Georgi Vangelovdan (Bolqarıstan) üstün olub. Rəqibini 5:1 hesabı ilə məğlub edən Bazarqanov həlledici görüşdə də gücünü sınayacaq.
Qeyd edək ki, bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 16-ya çatıb. Bazarqanovdan öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.
Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. (ApaSport)
Digər xəbərlər