Tarix: 01-03-2021 | Saat: 13:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistan və Rusiya liderlərinin bir neçə gün öncə baş tutan telefon danışığının detalları məlum olub.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, danışıqlar barədə Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan söyləyib.
“Bir neçə gün öncə, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənstan baş naziri Nikol Paşinyan arasında “İsgəndər” raketləri ilə bağlı deyilənlər də müzakirə olunub. Fatların tutuşdurulması zamanı baş nazir raketlərlə bağlı düzgün məlumatlandırılmaması barədə qərara gəlib”- deyə açıqlamada deyilir.
Mətbuat katibi Rusiya silahının dünyanın ən yaxşı silahlarından biri olduğunu vurğulayıb.
Xatırladaq ki, Nikol Paşinyan “İsgəndər” raketlərinin Qarabağ döyüşləri zamanı istifadə edilmədiyini lakin partlamadığını əlavə etmişdi.
Digər xəbərlər