Tarix: 25-02-2021 | Saat: 17:54
Bölmə:Karusel / Region | çapa göndər
“Ordu siyasətə qarışa bilməz və xalqın seçki iradəsinə tabe olmalıdır”.
Qarabaginfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Baş nazir Nikol Paşinyan İrəvanda Respublika meydanında keçirdiyi mitinq zamanı tərəfdarlarının qarşısında çıxışı zamanı deyib.
“Bir çox general və zabitlər rəhbərlərinin göstərişi ilə bəyanatı imzalayıb. Ancaq xalqa və onun qanuni səlahiyyətlərinə qarşı hərəkət edən hər kəs dövlətə qarşı hərəkət etmiş olur”, - deyə Baş nazir vurğulayıb.
O, 2018-ci ildə baş vermiş inqilab zamanı hakimiyyətdən uzaqlaşdırılan və ordunun hesabına varlanan şəxslərin silahlı qüvvələrdə təsirini hələ də qaldığını etiraf edib: “Mənə xain deyirlər. Buraya toplaşan insanları xain hesab edirlər. Sizə xəyanətin nə olduğunu söyləyəcəyəm: Vazgen Manukyan, müharibə zamanı da zabitləri türklərə qarşı deyil, xalqımıza qarşı döyüşməyə çağırırdı. Müharibədən sonra istefa barədə düşündüm, amma Baş nazir olmağa mən qərar verməmişəm, xalq məni seçib. Buna görə xalq mənim istefam barədə qərar verməlidir. Erkən seçki keçirilməsini təklif etdik, lakin müxalifət təklifimizi rədd etdi. Mənim getməyimə insanlar qərar versinlər”.
- Paşinyan Baş Qərargah rəisi Onik Qasparyandan başqa, digər hərbçiləri isə xidmətlərini davam etdirməyə çağırıb.
Ermənistanın Baş naziri müxalifət liderlərini həbslə hədələyib: “Bir xətt var. Üstündən keçsəniz, həbs ediləcəksiniz”.
O, bütün siyasi qüvvələri küçədə aksiyaları dayandırmağa və danışıqlar masasına oturmağa çağırıb.
- Paşinyana dəstək mitinqi yürüşlə başa çatıb.
Digər xəbərlər