Saytımızı qiymətləndirin


 
 

Məleykə Abbaszadə: “Buraxılış imtahanı ötən il olduğu kimi iki mərhələdə keçiriləcək”
Tarix: 12-01-2018 | Saat: 17:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

meleyke abbaszade buraxilis imtahani oten il oldugu kimi iki merhelede kecirilecek

“Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilib”.

 

"Qarabaginfo" Apa.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının nəşr olunacaq xüsusi buraxılışının “Ön söz”ündə qeyd edib.

 

DİM sədri bildirib ki, modelə əsasən buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək: “Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli  test tapşırıqlarından istifadə ediləcək”.

Sosial səhifələrdə paylaş


Xəbəri paylaş

701 dəfə oxunub.

Digər xəbərlər