Saytımızı qiymətləndirin


 
 

Tuapsedə Ukraynanın vurduğu neft emalı zavodunda yanğın lokallaşdırılıb
Tarix: 29-04-2026 | Saat: 12:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Tuapsedə Ukraynanın vurduğu neft emalı zavodunda yanğın lokallaşdırılıb

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavodunda baş verən yanğın lokallaşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Krasnodar diyarının Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsinə 312 nəfər və 73 texnika cəlb olunub.

Qərargahın açıqlamasında bildirilir ki, ötən gecə neft emalı zavodunun yaxınlığında yerləşən ikimərtəbəli yaşayış binasında da yanğın baş verib. Alov binaya gecə saat 02:40 radələrində keçib.

“Hadisə zamanı binada sakin olmayıb. Onlar əvvəlcədən – aprelin 28-i səhər saatlarında təxliyə edilmişdilər”, – məlumatda qeyd olunub.

Yaşayış binasında yanğın təxminən 150 kvadratmetr ərazini əhatə edib və səhər saat 04:40-da tam söndürülüb.

Son məlumata əsasən, neft emalı zavodunun yaxınlığındakı evlərdən ümumilikdə 60 nəfər, o cümlədən 9 uşaq təxliyə olunub.

Qeyd edək ki, eyni zavod bir neçə dəfə Ukrayna dronlarının hücumuna məruz qalıb.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər