Saytımızı qiymətləndirin


 
 

Rusiyanın koronavirusa görə gündəlik itkisi açıqlandı
Tarix: 25-04-2020 | Saat: 14:59
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Maksim Reşetnikov

Rusiya iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş məhdudiyyətlərə görə hər gün 100 milyard rubl məbləğində ümumi daxili məhsulun (ÜDM) itkisi ilə üzləşir.

Qarabaginfo.az “Report” istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov məlumat verib. 

Xatırladaq ki, bu ilin ferval ayında yerli mütəxəssislər koronavirusa görə ümumi itkinin 100 milyard rublu ötməyəcəyi barədə proqnoz vermişdi. Həmin proqnozdan 1 aydan çox vaxt keçir və deyilən məbləğ Rusiyanın gündəlik itkisinə çevrilib. 

"İqtisadiyyat elan olunmuş karantin rejiminin əsirinə çevrilib. Həm dövlət, həm də özəl sektor bu itkini qarşılaya bilməz. Gec-tez biznesin fəaliyyətnə icazə verilməlidir. Bununla belə, hazırda bizim üçün əsas məsələ insanların sağlamlığıdır. O zamankı həkimlər deyəcək ki, biz yola davam edə bilərik, biz hazır olacağıq”, - deyə nazir qeyd edib. 

Onun sözlərinə görə, 2020-ci ildə Rusiya büdcəsinin kəsiri ÜDM-in 4,5-5%-ni təşkil edə bilər: “Ancaq dövlətin bütün sosial öhdəlikləri yerinə yetiriləcək”.

Xatırladaq ki, Rusiya Bankı (Mərkəzi Bank) bu il Rusiyada ÜDM-in 6% azalacağını proqnozlaşdırır. 



Xəbəri paylaş

357 dəfə oxunub.

Digər xəbərlər