Saytımızı qiymətləndirin


 
 

UEFA "Qarabağ" klubunun hesabına 260 min 500 avro pul köçürüb
Tarix: 16-01-2020 | Saat: 11:39
Bölmə:Karusel / İdman | çapa göndər

 

//Qarabaginfo.az

UEFA "Qarabağ" klubunun hesabına 260 min 500 avro pul köçürüb. 

"Report"un məlumatına, məbləğ Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 4 - 6-cı turlarındakı nəticələrinə uyğun olaraq nəzərdə tutulub. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” Futbol Klubunun hesabına köçürülüb. 

Ölkə çempionu heç-heçəyə görə 190 min avro, əlavə bonus olaraq 70 min 500 avro əldə edib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsinin A qrupunu 5 xalla 3-cü pillədə başa vurub. 



Xəbəri paylaş

601 dəfə oxunub.

Digər xəbərlər