Azərbaycan PUA-ları və digər silahları Türkiyədə beynəlxalq sərgidə nümayiş olunur
Tarix: 17-08-2021 | Saat: 10:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
429 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-08-2021 | Saat: 10:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

17-20 avqust 2021-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.Sərgidə Azərbaycan Respublikasının Müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib.
Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
Sərgi zamanı Müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.
“IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini avqustun 20-dək davam etdirəcək.

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2024, 19:48
İsrail Qəzzada atəşkəs üzrə danışıqlarda iştirak edəcəyini açıqlayıb
14-03-2025, 17:34
KTMT İrəvanla Bakının tezliklə sülh sazişini imzalayacağına ümid edir
26-09-2026, 19:42
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
7-12-2021, 21:28
Cənub rayonlarında zəlzələ olub
12-09-2022, 15:38
Sahibə Qafarova tacikistanlı həmkarı ilə görüşdü
8-03-2021, 16:08
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açıb
11-09-2025, 09:04
Zelenski: Tusk Polşaya düşən PUA-ların həm Rusiya, həm də İran istehsalı olduğunu bildirib
10-06-2023, 13:26
XİN Türkiyədəki partlayışla bağlı başsağlığı verdi
20-04-2022, 20:44
"Qaynana" və "Hicran" tamaşaları yenidən səhnəyə qoyulacaq