“Rüstəm Muradov xəritələri istəyib – Paşinyan isə onları 7 ay altında gizlədib”?..
Tarix: 15-06-2021 | Saat: 11:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1411 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-06-2021 | Saat: 11:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya tərəfi Paşinyanın mina xəritələrini Baş nazir Lavrova təhvil verdiyini söylədiyini deyir...”
“Erməni tərəfi Rusiya tərəfinə əllərində minalanmış ərazilərin xəritəsinin olmadığını bildirib”.
Qarabaginfo.az xəbər verir ki, erməni polkovnik Boris Avakyan bunu "Hraparak" qəzetinə verdiyi müsahibəsində Azərbaycanın 15 əsir müqabilində Ermənistandan Ağdam rayonunun mina xəritələrini almasına münasibət bildirərkən söyləyib.
B.Avakyanın sözlərinə görə, guya Rusiya tərəfi Ermənistanın Bakıda saxlanılan bütün diversant hərbçilərini həmin mina formulyarları hesabına gətirməyi planlaşdırıb, ancaq Ermənistan tərəfi belə xəritələrin olmadığını bildirib.
“Mina tarlaları xəritələrinin tarixi Muradov tərəfindən Rusiya Müdafiə Nazirliyi adından bütün hərbi əsirləri bu xəritələrə dəyişdirmək üçün qaldırılan bir məsələ ilə bağlıdır. Ermənistan Müdafiə Nazirliyi Muradova belə bir xəritələrin olmadığını bildirib. Sonradan məlum olur ki, həmin xəritələr Paşinyan tərəfindən gizli şəkildə götürülərək saxlanılıb”- müsahibəsinin davamında bunları əlavə edən B.Avakyan guya Rusiya “FSB”-nin də Ermənistan təhlükəsizlik xidmətindən xəritələri istədiyini vurğulayıb.
“Çünki mən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin mərkəzi ofisi ilə əlaqə saxladım və mina xəritələri ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidməti ilə əlaqə yaradıb-yaratmadıqlarını soruşdum. FTX-dən müsbət cavab verdilər. Ermənistan MTX-yə müraciət ediblər, amma onlarda bu cür xəritələrin olmadığı barədə cavab alıblar... İndi məlum olur ki, Nikol Paşinyan gizli şəkildə mina xəritələrini yığaraq altına qoyub 7 ay saxlayıb. Və 7 aydan sonra xəritələri çıxarıb və kiçik əsir qruplarıyla mübadilə etməyə başlayıb. Təxminən 100 milyon dollara başa gələn bu xəritələr seçki kampaniyası dövründə 15 nəfərlik bir qrupla dəyişdirilir. Əslində onun üzündən bu insanlar 7 ay əsirlikdə qalıblar. Rusiya tərəfi də məəttəl qalır; deyirlər, Paşinyan mina xəritələrini Baş nazir Lavrova təhvil verdiyini söyləyir. Lavrov hansı ölkənin Baş naziridir...”- deyə erməni polkovnik açıqlamasının sonunda sual edib. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
3-03-2025, 14:46
Ermənistanın Aİ-yə qəbulu prosesinin başlanması haqqında qanun Parlamentin gündəliyinə daxil edilməyib
12-05-2026, 22:36
ABŞ Prezidenti: İranla yalnız “yaxşı razılaşma” imzalayacağıq
22-08-2024, 10:47
Bu ilin ötən dövründə 88 mindən çox şəxsə proaktiv müavinət və təqaüd təyinatı aparılıb
19-06-2025, 10:12
İnkişaf Strategiyası və Böyük Qayıdışa dair II Proqramın əlaqəli hazırlanması üçün Komissiya yaradılıb
23-04-2024, 21:14
Ermənistanda qondarma “soyqırımı” yürüşünün iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını yandırıb
25-05-2023, 11:00
Qətərlə Ermənistan yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcək
7-03-2026, 09:38
ABŞ İsrailə 150 milyon dollar dəyərində 12 min ədəd bomba satacaq
12-10-2021, 15:14
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
















